“Formula-1” Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkəti dayanan ərazilərdəki məktəblər distant təhsilə keçib.
APress.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, həmin məktəblər bu gündən distant tədrisə keçib: “Distant tədris iyunun 8-dək davam edəcək”.