İran Ermənistanın taleyini yaşayacaq – məğlubiyyətə doğru iri addımlarla…backend
Manşet
925

İran Ermənistanın taleyini yaşayacaq – məğlubiyyətə doğru iri addımlarla…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixi Zəfərdən sonra mətbuata müsahibəsi zamanı Prezident İlham Əliyev bildirirdi ki, “Dəmir yumruq” ifadəsini bir neçə dəfə şəhər və kəndlərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətində istifadə edib və cəmiyyət tərəfindən müsbət qarşılanıb: Bundan sonra qərara gəldik ki, əməliyyatı “Dəmir yumruq” adlandıraq. Müharibənin ilk dövrlərində bir neçə yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qaldı və biz bununla qaçılmaz olan müharibəyə girdik. Əks-hücum əməliyyatının adına gəlincə, əlbəttə ki, hərbi əməliyyatların əvvəlində onun adı yox idi”.

Azərbaycan 44 gün ərzində möhtəşəm bir qələbəyə imza atdı. Müharibənin ilk günlərində Ali Baş Komandan tərəfindən səslənən “Dəmir yumruq” ifadəsi tarixi Zəfərin simvoluna çevrildi. Heç kim inanmazdı ki, qısa bir müddət sonra düşmən tapdağında olan Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi inşa ediləcək. Məhz elə bu qələbədən sonra bəzi dövlətlərin, xüsusən də İranın Azərbaycana qarşı təzyiqləri artdı. Ölkəsində başlanan kütləvi etirazları önləmək, daxili auditoriyanın diqqətini azdırmaq məqsədilə “molla rejimi” repressiv idarəetmə modelinə malik digər rejimlər kimi, “xarici düşmən” axtarışına başladı. Və tapdı da – qalib və güclənən Azərbaycan. 44 günlük vətən müharibəsində olduğu kimi, cənubdan yönələn fars hiyləsinə qarşı mübarizədə də Türkiyə Azərbaycanın yanında yer aldı.

“Dəmir yumruq” “Qardaş yumruğu” ilə əvəzləndi. Türkiyə və Azərbaycanın müdafiə nazirlərinin “Qardaş yumruğu” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak etməsi, hər iki ölkənin Prezidentinin zəng edərək təlimdə iştirak edən hərbçiləri təbrik etmələri, hərbi təlimlərin İranla sərhəddə yerləşən Astara, Cəbrayıl və İmişli rayonlarında keçirilməsi, soyuq və qarlı havada keçirilən təlimdə Türkiyə və Azərbaycan ordusunun hərbçiləri tərəfindən hədəflərin dəqiqliklə vurulması həm də mühüm bir mesaj idi. Şuşa bəyannaməsi və digər hərbi sazişlərə uyğun olaraq keçirilən bu qardaşlıq və həmrəylik təlimləri İrana və Azərbaycana təhdidlərin gəldiyi bütün ölkələrə layiqli cavabdır. Sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatı, nəticədə 44 günlük Zəfər də elə belə başlamışdı. Ermənistan Azərbnaycanın xəbərdarlığından nəticə çıxarmadı. İndi isə növbə İranındır. Ya fars rejimi bundan nəticə çıxarmalı, Azərbaycana qarşı düşmənçilik və təhdid ritorikasına son qoymalı, ya da durmadan silahlandırdığı və yardım etdiyi Ermənistanla oxşar aqibəti yaşayamalıdır…

// Azər Niftiyev