Kamal Abdullanın ADU-da keçirdiyi sınaqlar nələrə hesablanıb – İLGİNC İDDİALAR…backend
Təhsil
30

Kamal Abdullanın ADU-da keçirdiyi sınaqlar nələrə hesablanıb – İLGİNC İDDİALAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə “QS World University Rankings” beynəlxalq reytinq təşkilatının dünya üzrə ali təhsil müəssisələrinin yeni reytinqinin açıqlandığı bir məlumat yayıldı. Reytinqə təbii ki, ABŞ və Böyük Britaniyanın universiteteləri başçılıq edir. Reytinqdə Azərbaycanın cəmi iki universiteti yer alıb. Belə ki, siyahıda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) adı var.

Qeyd edək ki,bu reytinq sistemində siyahı hər il yenilənir. Hələ 2018-ci ildə yayılmış siyahıda Azərbaycandan 3 ali məktəbin – Xəzər, Qafqaz və Bakı Dövlət universitetlərinin adları var. QS reytinq agentliyinin hələ 2016-cı ildə açıqladığı Avropa və Mərkəzi Asiya regionu üzrə inkişaf etməkdə olan 30 ölkədən 500-dən çox universitetin sıralamasında Azərbaycandan 6 ali təhsil müəssisəsi iştirak edib. Bu universitetlər Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və “ADA” Universitetidir. Məlumata görə həmin ali məktəblərin adı göstərilən regionda ən yaxşı 200 universitet sırasına daxil edilib.

Universitetlərin beynəlxalq reytinq sıralamaları açıqlamalarında növbəti illərdə də Azərbaycanın ali təhsil müəssisəslərindən yalnız Bakı Dövlət və Azərbaycan Dövlət İqtisadiyyat Universitetlərinin adı keçir. Avropa və Mərkəzi Asiya regionunun 500-dən çox universiteti arasında yer almış Azərbaycan Dillər Universiteti 2016-cı ildən sonra reytinqini niyə saxlaya bilmədi? Bəlkə də saxlaya bilib. Amma bizim açıq internet resursrları üzərindən apardığımız araşdırmalar zamanı belə məlumatlara rast gəlinmədi.

Bəs necə oldu ki, uzun illərdir ölkəmizdə gənclər tərəfindən ən prestijli ali təhsil müəssisələrindən sayılan Azərbaycan Dillər Universitetinin adı bu siyahılarda heç çəkilmədi? Çünki, 1 iyun 2017-ci ildə sözügedən ali təhsil ocağının rəhbərliyində kadr dəyişikliyi baş verdi. Həmin tarixdə yazıçı,filoloq, dilçi,türkoloq,mədəniyyətşünas Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edildi. Azərbaycan Dillər Universitetinin uzun illər qazandığı şöhrət üzərində sınaqlar da məhz elə o tarixdən başladı.

Kamal Abdulla rektor təyin olunduqdan sonra Azərbaycan Dillər Universitetində kadrlar üzərində sınaqlardan başladı. Onun apardığı qalmaqallı kadr islahatları uzun müddət dövrü mətbuatın gündəmindən düşmədi,hətta sosial şəbəkələrdə belə müzakirə obyektinə çevrildi. Universitetin müəllim kontingentinin ciddi narazılığına səbəb olan bir çox məsələlərin həllinə həmin dövrlərdə yeni rektor müxtəliv şirnikləndirici yollarla, kompromis variantlarla zaman-zaman nail oldu. Amma bu universitetdə narazılıqların heç də bitməsi ilə sonuclanmadı. Bu gün də Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulladan narazıların sayı artmaqdadır. Narazılıqlarını üzdə ifadə etməyənlər kiçik bir fürsət gözləyirlər.Univesitetin müəllim heyyəti bu gün Kamal Abdullaya qarşı ciddi ittihamlar irəli sürür,onu bir çox məsələlərdə günahlandırırlar. Onun rəhbəri olduğu ali təhsil ocağını bir intriqa yuvasına çevirdiyi barədə artıq kifayət qədər yazılıb. Azərbaycan Dillər Universiteti kimi prestijli ali təhsil ocağında təhsilin keyfiyyətinin günbəgün aşağı düşməsi bu gün hər kəsi narahat etməyə bilmir. Buna səbəb kimi universitetdə vəzifələrin satıldığı, rektorun çoxsaylı qohumlarının müxtəlif vəzifələrə təyin edilməsi göstərilir və bu barədə dövrü mətbutda kifayət qədər geniş məlumatlara rast gəlmək olar.Həmçinin Kamal Abdullanın universitetdə çoxsaylı yüksək ixtisaslı mütəxəssislərin olmasına baxmayaraq, rəhbər vəzifələrə savadsız,təcrübəsiz, ixtisası uyğun gəlməyən, elmi adı və dərəcəsi olmayan şəxslərə verdiyi məlumatlar da az deyil.

Bundan əlavə Kamal Abdullanın Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsindən sonra universitetin təmirinə ayrılan dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması halları da ciddi söz-söhbətlərə səbəb olub. Belə ki,universitet təkcə 2017-ci ilədə cari təmir və abadlıq işləri üzrə adı artıq tarixin arxivinə düşmüş “otkat” şirkəti olan “İnpeks.N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 1 126 752 manat olan satınalma müqavilələri bağlanıb. Lakin bu MMC-nin tender elanlarında göstərilən işlərdən daha çox “otkat” pulların qaytarılması ilə məşğul olduğu Hesablama Palatasının hesabatlarında da öz əksini tapıb.Kamal Abdullanın Azərbaycan Dillər Universitetinin rektoru təyin olunmasından dərhal sonra məhz bu MMC ilə işbirliyi qurması, universitetdə heç bir təmir işlərinin aparılmaması kollektivin haqlı narazılığına səbəb olmuşdu.

Bütün bu baş verənlərə baxmayaraq Kamal Abdulla Azərbaycan Dillər Universitetində sınaqlar keçirməkdə davam edir,daha qlobal işlər görməyə can atır. Ötən yazılarımızın birində də qeyd etdiyimiz kimi, Kamal Abdulla uzun müddətdir qonşu Bakı Slavyan Universitetini rektoru olduğu Azərbaycan Dillər Universiteti ilə birləşdirməyə çalışır. Onun bu sınağı baş tutacaqmı? Görünür rektor unudur ki, Azərbaycan Dillər Universiteti hələ 4 noyabr 1972-ci ildə ulu öndər Heydər Əliyevin M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında verdiyi qərar əsasında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu kimi yenidən müstəqil ali məktəb kimi fəaliyyətə başlayıb. Ulu öndərin bu təhsil müəssisələrini ayırmaqda məqsədi də Azərbaycanda məhz xarici dil biliklərinin artırılması,kadr potensialının gücləndirilməsi olub. Amma üstündən neçə illər keçdikdən sonra Kamal Abdulla nə etmək istəyir?Məlumatlara görə o bu fikrə 2017-ci ildə Azərbaycan Dillər Universitetinə rektor təyin olunduqdan sonra düşüb. Hamisi Ramiz Mehdeyivə arxalanaraq Bakı Slavyan Universitetinin keçmiş rektoru Nurlana Əliyevanı hər vəchlə gözdən salma kompaniyasının başında duran Kamal Abdulla bir müddət əvvəl istəyinə çatdı. Amma Bakı Slavyan Universitetini Azərbaycan Dillər Universitetinə birləşdirə biləcəkmi? Axı akademik Ramiz Mehdiyev artıq Prezident Adminstrasiyasının rəhbəri deyil və Azərbaycan Milli Elmlər Akademiyasında oturaraq iki universetiteti birləşdirmək iqtidarını itirib. Bununla belə Kamal Abdula hamisi Ramiz Mehdiyevə hələ də inanır, iş prinsipini onun sifarişləri əsasında qurur. Belə olmasaydı rus dilindən başqa heç bir xarici dil bilməyən Kamal Abdullanı Azərbaycan Dillər Universitetinə rəhbərlik etməyə kim təqdimat verərdi?

Təbii ki,biz burada Kamal Abdullanın dilçi kimi fəaliyyətinə heç də kölgə salmaq fikrində deyilik. Onun dilçilik sahəsində əməyi danılmazdır. Amma xarici dilləri tədris edən bir ali təhsil ocağının rektoru olaraq hansısa bir xarici nümayəndənin qarşısında tərcüməçi xidmətindən istifadə etməsi Kamal Abdullanın deyil, Azərbaycan Dillər Universitetin nüfuzuna xələl gətirmirmi? Axı, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa ölkələri ilə yüksək səviyyəli münasibətlərin qurulması üçün çox çətinliklərdən keçib.Belə bir dövrdə universitetlərin birləşdirilməsi ideyası haradan çıxıb? Bu bir təsadüf deyil və müəyyən səbəbləri var. Bu Azərbaycanın son illərdə Avropa ölkələrində artan nüfuzunu aşağı salmağa hesablanmış bir addımdır. Bu həm də Azərbaycanda slavyan dillərinə daha çox üstünlük verildiyini kimlərəsə sübut etmək cəhdindən başqa bir şey deyildir.

Məlum olduğu kimi Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini 2000-2015-ci illərdə millət vəkili Səməd Seyidov daşıyıb. Düzdür,onun da adı bir çox qalmaqallı məsələlərdə hallanıb,mətbuatın gündəminə düşüb. Amma Səməd Seyidov Dillər Universitetinin rektoru olaraq ingilis və fransız dillərini mükəmməl bilirdi və Azərbaycanı həm də bir millət vəkili kimi beynəlxalq tədbirlərdə təmsil edirdi.Rektor olduğu dövrdə müxtəlif Avropa, Amerika, Asiya ölkələrinin elmi mərkəzlərini Azərbaycan Dillər Universitetində təsis etmiş, tələbələrin həmin ölkələrin mədəniyyəti, dili, təhsili ilə yaxından tanış olmaları üçün şərait yaratmışdı. Səməd Seyidov həmçinin müxtəlif ölkələrin qabaqcıl universitetləri ilə tələbə mübadiləsi proqramını da həyata keçirtmişdi. Bəs son 4 ildə Kamal Abdulla bu istiqamətdə nə kimi addımlar ata bilib? Yaradılanları dağıtmaqdan başqa.

Aktualinfo.org