“AzerGold”un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? – RƏQƏMLƏRbackend
Cəmiyyət
322

“AzerGold”un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? – RƏQƏMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzerGold” rəhbərliyinin ötən il üzrə qazancı məlum olub.

Apress.az Valyuta.az-a istinadən  xəbər verir ki, 2023-cü ildə dövlət şirkəti sədr və sədr müavinlərinə ümumilikdə 2,2 milyon dollar ödəniş edib.

Bu ödənişlərin 258 min dolları əmək haqları, 413 min dolları sosial sığorta ödəmələri, 1 milyon 530 min dolları isə qısamüddətli mükafatlar təşkil edib. Sosial sığorta ödəmələri çıxıldığı halda “Azergold” rəhbərliyinin birbaşa əldə etdiyi vəsait 1 milyon 788 min dollar təşkil edib.

Qeyd edək ki, “Azergold”un sədri Zakir İbrahimov, müavinləri – Xəyyam Fərzəliyev və İlqar Cəlilovdur. Yəni, rəhbər heyət 3 nəfərdən ibarətdir. Bu isə o deməkdir ki, orta hesabla Zakir İbrahimov və müavinlərinin bir illik gəliri 596 min dollar, aylıq gəliri isə 49,6 min dollardır.

2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 905 min dollar və 75,4 min dollar təşkil edib.