Özbəkistan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığındakı faciə yerinin üzərində iki dövrə vurub.
Apress.az-ın məlumatına görə, dost ölkənin pilotları bununla faciə qurbanlarının xatirəsini anıblar.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.