Rusiya miqrantları deportasiya etməyə başlayırbackend
Cəmiyyət
187

Rusiya miqrantları deportasiya etməyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qeyri-qanuni yaşayan əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin deportasiyası rejimi martın 5-dən başlayacaq.

Apress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, bu rejim əcnəbilərin məlumatlarının reyestrə daxil edildiyi gündən tətbiq olunacaq. Qeyd olunur ki, qanunsuz miqrantların müəyyən hüquq və azadlıqları məhdudlaşdırılacaq, onlara miqrasiya sahəsində dövlət nəzarəti tədbirləri tətbiq olunacaq.

Dekabrın 29-da bildirilib ki, nəzarət edilən şəxslərin reyestrinə daxil edilmiş əcnəbilərə polisin icazəsi olmadan yaşayış yerini dəyişmək, habelə yaşadıqları rayon sərhədlərini tərk etmək qadağan ediləcək. Bundan əlavə, onlar nəqliyyat vasitələrini idarə edə, sürücülük vəsiqəsi ala, daşınmaz əmlak sata və ya ala bilməyəcəklər.

Həmçinin, əcnəbilər reyestrə daxil olduqdan sonra, xüsusən də nikaha girə, kredit müqaviləsi bağlaya, bank hesabı aça bilməyəcəklər.