Kənd təsərrüfatı məhsulları niyə bahalaşır? – Aqrar ekspert açıqlayırbackend
Sahibkar
756

Kənd təsərrüfatı məhsulları niyə bahalaşır? – Aqrar ekspert açıqlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gülpəri Bayramova: “Qiymət artımlarını şərtləndirən amillər müxtəlifdir”

Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ayda kənd təsərrüfatı məhsullarının qiymətlərində artım qeydə alınıb. Ət və ət məhsulları, kartof, xiyar, kələm, bibər, pomidor, badımcan, sarımsağ, banan, limon və digər məhsulların bahalaşmasının əks olundğu hesabatda qeyd olunub ki, bəzi meyvə-tərəvəz məhsulları öz qiymətini qoruyub saxlayıb.

Bəzi ekspetlər qiymət artımlarını doğuran əsas səbəb olaraq dünya iqtisadiyyatındakı böhranı, müharibələri və sanksiyaları göstərsələr də, əks qənaətdə olanlar, inhisarçılıq və laqeyd münasibətin buna səbəb olduğu qənaətində olanlar da var.

Bəs görəsən istehlakçıların qida rasionunda əhəmiyyətli yer tutan kənd təsərrüfatı məhsullarının bahalaşmasının qarşısını hansı yollarla almaq olar?

“Agromix” şirkətinin təsisçisi, aqrar ekspert Gülpəri Bayramova hesab edir ki, qiymət artımlarını şərtləndirən amillər müxtəlifdir: “Burada mövsümi amilləri xüsusi qeyd etmək lazımdır. Mövsüm dövrünün başa çatması ilə qiymət artımları təbiidir. Lakin qiymət artımlarını təşviq edən təbii olmayan amillər də mövcuddur. İstehsal, tədarük və təchizat zəncirində fasilələr ortaya çıxır, ehtiyatlarda olan məhsullar bitir. Bu niyə baş verir? Ona görə baş verir ki, fermerlər becərdiyi məhsulları qoruyub saxlaya bilmirlər. Soyuducu anbarların olmaması onları tələsik məhsul satışına təhrik edir. Nəticədə mövsüm bitən kimi, qiymət artımlarını müşahidə edirik. Digər bir səbəb sərhədlərin bağlı olması ilə əlaqədardır. Nəqliyyat xərcləri artır, kiçik ticarət və parakəndə məhsulların ölkəyə gətirilməsində yaranan məhdudiyyətlərdir”.

Ekspert təklif edir ki, fermerlərin bazarlara rahat çıxışını təmin etmək, dövlət dəstəyi ilə “Smart” tipli soyuducu anbarların alınması və məhsulların orada saxlaınlması, logistik problemlərin aradan qaldırılması qiymət artımlarının qarşısını alan faktor rolunda çıxış edə bilər – deyə Bayramova fikrini yekunlaşdırır.