Ötən ilin yanvarında Prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi təsis edildi. Geniş ictimaiyyət üçün müəmmalı termin kimi görünən Dördüncü Sənaye İnqilabı elmi-texnoloji inkişaf, xüsusilə, rəqəmsallaşmanın sürətlənməsi fonunda gündəmə gəldi. Müasir dünyamızın ayrılmaz tərkib hissəsi olan rəqəmsallaşma həyatımızın bütün sahələrində vacib elementə çevrilməklə yanaşı, yaxın gələcəyin peşələri arasında lider mövqeyinə yüksəlib. Məhz elə bu səbəbdən də övladlarının gələcəyi ilə bağlı planlar quran valideynlər onları virtual təhsilə yönəldirlər. Bu xüsusda rəqəmsal təhsilin əhəmiyyəti artır və bu istiqamətdə fəaliyyət göstərən ixtisaslaşmış tədris ocaqlarına maraq yüksəkdir.
Özəl sektorun fəaliyyətini təşviq etmək, istehlakçıları dolğun informasiyalarla təmin etmək, mövcud bazar iqtisadiyyatı şəraitində peşəkar fəaliyyəti ilə diqqətçəkən şirkətləri və sahibkarları tanıtmaq məqsədilə müxtəlif sahələrlə bağlı sosioloji sorğular keçirən Sosial Media Mərkəzi “Etibar etdiyiniz rəqəmsal təhsil mütəxəssisi kimdir” sualı ilə keçirdiyi sosioloji sorğuya yekun vurub. Sorğuda sahibkarlar, özəl sektorun təmsilçiləri, işgüzar simaların cəmləşdiyi assosasiativ sahibkarlıq qurumlarının fəal üzvləri iştirak ediblər. Sorğunun nəticələrinə görə, adıçəkilən nominasiya üzrə “Maestro School” proqramlaşdırma məktəbi birinciliyi qazanıb.
Birinciliyi qazanan məktəbin özəlliyi nədir?
Azərbaycanın ilklərindən sayılan “Maestro School” rəqəmsal təhsilin genişlənməsində, uşaqların rəqəmsal biliklərə yiyələnməsində, bu istiqamətdə peşəkarlığın artırılmasında əhəmiyyətli rol oynayır. Məktəbin peşəkar müəllimlərdən ibarət komandasının məqsədi məktəbliləri, gəncləri keyfiyyətli IT təhsili ilə təmin etməkdir. Təhsil mərkəzində Robotexnika, IT Start, oyun tərtibatçısı, Minecraft, VR/AR tətbiqlərin tərtibatçısı, mobil tətbiqlərin tərtibatçısı, Wix Scratch, Uİ&UX Dizayn, kiber təhlükəsizlik, Data Science proqramları tədris olunur.
Qeyd etmək lazımdır ki, sözügedən platformanın təsisçisi Mədinə Paşayeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçillik Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə bitirib. Böyük Britaniyanın “Mançester” Universitetində Qlobal MBA proqramı çərçivəsində Biznesin idarəedilməsi üzrə magistr dərəcəsini qazanıb. “APMG” International Dəyişiklərin idarəedilməsi üzrə beynəlxalq akkreditasiyadan keçib, ABŞ-ın “Yel” Universiteti nəzdində İdarəetmə Məktəbində qadın liderlik proqramının məzunu olub.
Əmək fəaliyyətinə “Caspian Business News” ingilis dilli qəzetinin redaksiyasında marketinq meneceri kimi başlayan Mədinə Paşayeva sonradan yolunu ARDNŞ-nin birgə müəssisəsi olan “Socar AQŞ” şirkətində hüquqşünas kimi fəaliyyətə başlayıb. Həmin müəssisədə Təşkilati İnkişaf bölməsinin rəhbəri vəzifəsinə qədər yüksəlib. “Kinqstaun” Kollecində Korporativ və İndividual Koüçinq üzrə (Advanced Diploma in Personal, Leadership and Executive coaching) təhsilini davam etdirən Mədinə Paşayeva bir neçə istiqamətdə kouçinq tədrisilə də məşğuldur. Hazırda fəaliyyətini sosial sahibkarlıq istiqəmətində startap layihələri ilə davam etdirən M. Paşayeva Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvü və “İnnovasiyalar və rəqamsal inkişaf” komissiyasının rəhbəridir. Məlumat üçün bildirək ki, “Maestro School”da 6 yaşından 16 yaşınadək uşaqlara proqramlaşdırma kursları tədris olunur.
“Maestro School”un hədəfi Azərbaycanda 2025-ci ilə qədər proqramlaşdırma, proqram təminatı, dizayn, biznes və soft bacarıqlar üzrə təhsil sahəsində ən aparıcı məktəbinə çevrilməkdir.