Məşhurlar “Maestro School” proqramlaşdırma məktəbindən danışır – “Doğrudan da bir ilkdir”backend
Sahibkar
762

Məşhurlar “Maestro School” proqramlaşdırma məktəbindən danışır – “Doğrudan da bir ilkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhurlar “Maestro School” proqramlaşdırma məktəbindən danışır – “Doğrudan da bir ilkdir”

Məlumat verdiyimiz kimi, Bakıda “Maestro School” proqramlaşdırma məktəbinin açılışı olub. 6 yaşdan 16 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulan məktəbdə Robototexnika, IT Start, Oyun tərtibatçısı, Minecraft, VR/AR tətbiqlərin tərtibatçısı, Mobil tətbiqlərin tərtibatçısı, Wix, Scratch, UI& UX Dizayn, Programming uşaqlar üçün, Programming yeniyetmələr üçün, Kiber təhlükəsizlik, Data Science proqramları tədris olunacaq.

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi və dünyanın ən gəlirli peşəsinə çevrildiyi bir şəraitdə paytaxtda belə bir məktəbin fəaliyyətə başlaması böyük maraqla qarşılanıb. Təhsil ictimaiyyətinin fəal nümayəndələri hesab edirlər ki, “Maestro School” yeniyetmələr arasında İT vərdişlərinin əxs olunması baxımından gözəl bir başlanğıcdır və Azərbaycanda ixtisaslaşmış rəqəmsal məktəblərin yaradılmasına tələb var.

Məşhurlar və təhsil ekspertləri “Maestro School”un fəaliyyəti ilə bağlı təəssüratlarını SOSİUM.az-a bölüşüblər.

Etibar Əliyev, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü – İnformasiya texnologiyalarının (İT) mənimsənilməsi, hələ məktəb yaşlarından bu bacarıqlara yiyiələnmək çox mühümdür. Çünki gələcəyi rəqəmsal aləmdən ayrı təsəvvür etmək mümkün deyil. Hətta bu gün də belədir. Bu məktəbin fərqli tədris metodologiyası mövcuddur. İT ilə yanaşı, bir çox sənət sahələri də tədris olunacaq. Yəni, rəqəmsal dünyanın iqtisadiyyata vəhdəti baş verəcək. Bu isə gələcəyin ən vacib peşə istiqamətlərindən olan – rəqəmsal iqtisadiyyat sahəsində peşəkarların yetişməsinə yol açacaq. Gələcəyimiz olan uşaqlarımızın timsalında xaricə getmədən, daxildə peşəkar mütəxəssislər yetişəcək. Təsəvvür edin ki, gələcəyin həkimi, yaxud müəllimi və ya iş adamı, İT texnologiyaları barədə məlumatsızdır və ya çox az məlumatlıdır. Bu onun öz işində axsamasına gətirib çıxaracaq. Hazırki dövr peşələrin dövrüdür və bir təhsil eksperti kimi deyə bilərəm ki, ənənəvi təhsildən daha yüksəkdə durur. “Maestro School” XXI əsrin çağırışlarına cavab verən, peşəkar heyətlə yola çıxan, ən müasir avadanlıqlarla təhciz edilən bir məktəbdir. Mövcud şəraitdə orta məktəblər bu yükü qaldıra bilmirlər və bu mənada “Maestro School”un çox parlaq gələcəyi var.

Səkinə Babayeva, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri – “Maestro School”un fəaliyyətə başlaması gənclər arasında rəqəmsal vərdişlərin artırılması və gələcəyin İT mütəxəssislərinin yetişdirilməsi baxımından çox mühüm addımdır. Dördüncü Sənaye İnqilabı dövründə, rəqəmsal iqtisadiyyatın əhəmiyyətinin artdığı bir şəraitdə bu çox mütərəqqi bir layihədir. Bu məqamda qeyd edim ki, məktəbin təsisçisi Mədinə Paşayeva eyni zamanda Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvüdür. Kifayət qədər təcrübəli və beynəlxalq təcrübəyə yiyələnmiş bir menecerdir. Şübhəsiz ki, incəsənət, sənaye, gələcəyə yönəlik marketinq-menecer sahəsində texnoloji imkanlardan yararlanmaq üçün mütləq məktəb yaşlarından bu vərdişlərə yiyələnmək labüddür. Bu günə qədər İT mütəxəssisləri daha çox xaricdə təhsil alıb və ya fərdi şəkildə öz üzərində işləyib mütəxəssis olurdusa, artıq uzağa getmək lazım deyil. Artıq Azərbaycanda “Maestro School” mövcuddur və peşəkar komandası ilə gələcəyin rəqəmsal mütəxəssislərini yetişdirir. Nəzərə almaq lazımdır ki, təkcə İT sahəsində deyil, bütün sahələrdə rəqəmsal biliklər önəmlidir və bu baxımdan “Maestro School”un fəaliyyətə başlaması müstəsna əhəmiyyət kəsb edir. Əminəm ki, məktəb çox ciddi uğulara imza atacaq və xarici təcrübənin Azərbaycanda tətbiqinə müvəffəq olacaq.

Nuranə Şıxəliyeva, təhsil eksperti – Ölkəmizdə son illər təhsillə bağlı ciddi islahatlar həyata keçirilir, dövlət proqramları və qanunlar qəbul edilir. Təhsilin bütün pillələrini əhatə edən islahatlar göstərir ki, bu sahə dinamik inkişaf yolundadır. İnkişaf etməkdə olan texnologiyalar cəmiyyətin həyatına elə bir sürətlə daxil olur ki, bütün dünyada davamlı olaraq təhsilin məzmununa və tədris proqramlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac duyulur. Adekvat olaraq təhsil sistemlərində islahatlar aparılır, texnoloji vasitələr təhsil modellərini inkişaf etdirmək üçün istifadə olunur. Düşünürəm ki, Bakıda “Maestro School” proqramlaşdırma məktəbinin fəaliyyətə başlaması bu sahənin inkişafına müsbət, müasir tələblərə inovativ təsir göstərəcək. Məktəbliləri keyfiyyətli İT təhsili ilə təmin etmək, proqramlaşdırma ilə bağlı bilik və bacarıqların artırılmasında bu mərkəzin əvəzsiz rolu olacağına ümid bəsləyirəm. Bu baxımdan təhsildə müasir texnologiyaları, yenilikləri məktəblilərə öyrədəcək “Maestro School”un komandasına bol-bol uğurlar arzulayıram.

Kamran Əsədov, təhsil eksperti – Azərbaycanda təhsil sahəsinin inkişafından və bu sektorda aparılan islahatlardan danışarkən müasir dövrün çağırışlarına cavab verən tədris müəssisələrinin yaranmasının vacibliyi önə plana çəkilir. Bu gün biz müasir trendlərin sürətlə dəyişdiyi, psixoloji elementlərin sürətlə əvəzləndiyi bir dünyada yaşayırıq. Buna görə də, bəzən dünyamıza virtual dünya adını da verirlər. Belə bir şəraitdə rəqəmsal təhsilin inkişafı, gələcək informasiya texnologiyaları (İT) mütəxəssislərinin yetişdirilməsi olduqca vacib istiqamətdir. Çox sevindirici haldır ki, nəhayət Azərbaycanda da müasir çağırışlara cavab verən, peşəkar komanda və müasir avadanlıqlarla Avropa porotokollarına uyğun tədris siyasəti həyata keçirəcək “Maestro School” proqramlaşdırma məktəbi istifadəyə verilib. Uzun illərdir təhsil sektorunun problemlərini tədqiq edən bir ekspert kimi bu məktəbin fəaliyyətindən gözləntilərim çox yüksəkdir və inanıram ki, Azərbaycanda bir ilik olduqları kimi, peşəkar tədrisdə də bir ilkə çevriləcəklər. Çox mütərəqqi addımdır və övladının gələcəyini proqramlaşdırma sahəsində görən valideynlər üçün unikal bir imkandır.

Nəcibə Axundova, Bakı şəhəri 45 saylı orta məktəbin direktoru, şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı – Çox sevindirici haldır ki, artıq Azərbaycanda rəqəmsal dünyaya xitab edən, müasir çağırışlara cavab verən bir tədris mərkəzi – “Maestro School” proqramlaşdırma məktəbi fəaliyyətə başlayıb. Mütəmadi olaraq valideynlərdən belə iradlar eşidirdik ki, nəyə görə Azərbaycanda rəqəmsal məktəblər fəaliyyət göstərmir? Nəhayət “Maestro School” bu boşluğu doldurdu və ölkəmiz üçün bir ilk sayılacaq uğura imza atdı. Məktəbin fəaliyyəti ilə yaxından tanış oldum və sözün yaxşı mənasında heyrətə gəldim. Peşəkar komanda, müasir alətlər və avadanlıqlar, fərqli yanaşma. Doğrudan da mükəmməldir! Doğrudan da bir ilkdi.