Mustafa Abasbəylinin vəzifə karyerasında şübhəli məqamlar – O, dövlət postuna necə təyinat alıb?backend
Cəmiyyət
408

Mustafa Abasbəylinin vəzifə karyerasında şübhəli məqamlar – O, dövlət postuna necə təyinat alıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür bəzi millət vəkillərinin saxta diplomla karyera yüksəlişinə nail olmaları haqda faktlar içtimailəşdirilir. Doğrudan da son vaxtlar qəribə hallar müşahidə edilir. Heç kimin tanımadığı, zəngin təcrübəsi olmayan bir şəxsin birdən-birə özəl sektordan mühüm dövlət postlarına təyinat almalarının şahidi oluruq. Bu fonda diqqətimi etimad göstərilən gənclərdən biri çəkdi.

Hazırda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışan Mustafa Abasbəylinin təhsil və karyerasına diqqət edək. Adam heç bir dövlət qurumunda çalışmadığı halda, 2020-ci ildə mühüm bir dövlət postuna təyinat alıb. Onun tutduğu vəzifəni loru dildə izah edim ki, hamı başa düşsün. Büdcədən külli miqdarda vəsaitin ayrıldığı bu struktur işsizləri uçota alır, onların işlə təmin olunmasına kömək edir.

İşləməyən vətəndaşlarımızı məşğulluq proqramına cəlb edib, onları mal -qara , tikiş maşınları və s. ilə təmin edir. Mustafa müəllimin karyera yüksəlişi və təhsilində qəribəliklər çoxdur. Adam deyəsən bir mahnı bəsdələməkdən başqa, bütün ixtisaslar üzrə təhsil alıb. Bu qəhrəmanımız da İlk təhsilini özəl universitetdə alıb. Hüquq ixtisasından birdən-birə filologiyaya transfer olub. Sonra yenə hüquqşunaslığı davam etdirib. Bir az oxuduqdan sonra özünü iqtisadiyyat sahəsində sınamaq qərarına gəlib. Mustafa bəyin qardaşının da Mikayıl Cabbarovun yanında çox mühüm postda çalışdığı bildirilir.

2014–2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində işləyib. Həmin şirkətin rəhbəri İsgəndər Xəlilovla aralarında yaranan ciddi maliyyə qalmaqalı səbəbindən tutduğu postdan uzaqlaşdırılıb. Həmin qalmaqalın detalları vaxtilə saytlarda işıqlandırılmışdı. Mustafa bəyin mühüm posta təyinatı ərəfəsində məlum yazılar sürətlə saytlardan silinməyə başlayıb. Yaxın ətrafı Mustafa Abasbəylinin tez bir zamanda daha yuxarı vəzifəyə təyinat alacağı barədə söhbətlər edirlər. Maraqlı tərcümeyi halı var. Tanış olaq:

Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci il sentyabrın 27-də Azərbaycan SSR-in Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1987-ci ildə 4 saylı Gəncə şəhər orta məktəbinə daxil olmuş,

1991-ci ildə 5 saylı Gəncə şəhər orta məktəbinə,

1995-ci ildə isə 12 saylı Gəncə şəhər orta məktəbinə keçmiş və

1996-cı ildə həmin məktəbi bitirmişdir.

1996–2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində, “Beynəlxalq Hüquq” ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır,

2000–2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk Dili” ixtisası üzrə təhsil almışdır.

2001–2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi Hüquq” ixtisası üzrə magistratura səviyyəsində təhsil almışdır.

2004–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda aspirant olaraq təhsil almışdır. 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2012–2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Elmlər Doktoru proqramını bitirmişdir.

Əmək fəaliyyəti:

2004–2005-ci illərdə Standard Insurance sığorta şirkətində baş hüquqşünas olaraq işə başlamış,

2005–2010-cu illərdə şirkətin Hüquq və Sığorta Hadisələri Departamentinə rəhbəri vəzifəsində çalışmış,

2010–2011-ci illərdə İdarə Heyətinin üzvü vəzifəsində çalışmış,

2011–2014-cü illərdə şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmışdır.

2011–2014-cü illərdə Standard İnsurance Georgia Sığorta Şirkətinin Müşahidə şurasının üzvü vəzifəsində çalışmışdır.

2014–2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində çalışmışdır.

2016–2018-ci illərdə Beyli Group şirkətinin Baş Direktoru vəzifəsində çalışmışdır.

2018–2019-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışmışdır.

2019–2020-ci illərdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışmışdır.

2 aprel 2020-ci ildən hal-hazıradək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Bununla bərabər 2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və İdarəetmə” kafedrasında müəllimdir.

İctimai fəaliyyəti
2002–2003-cü illərdə Azərbaycanlı tələbələrin Türkiyədəki təhsil məsələləri üzrə təmsilçisi olmuşdur.

2008–2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010–2014-cü illərdə isə həmin komitənin sədri olmuşdur.

2010–2013-cü illərdə Beynəlxalq Vəkillər Assosiasiyasının üzvü olmuşdur.

2015−2018-ci illərdə Caspian European Clubun İdarə Heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və Gömrük Komitəsinin sədri, klubun Baş Direktoru olmuşdur.

2007-ci ildən hal-hazıradək Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

2014-cü ildən hal-hazıradək Layf Xeyriyyə İctimai Birliyinin Himayəçilər Şurasının sədridir.

2018-ci ildən hal-hazıradək UNEC Sığorta məktəbinin direktorudur.