Türkiyədə 15 yaşlı tələbə qız qardaşı tərəfindən boğazı kəsilərək vəhşicəsinə öldürülüb.
BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Konyada yaşayan 15 yaşlı Yağmur.B 25 yaşlı qardaşı Soner.B tərəfindən öncə bıçaqlanıb, daha sonra boğazından kəsilərək qətlə yetirilib.
Yağmur.B-nın valideynləri evə gələndə onun qapını açmadığını görüb, polisə müraciət ediblər. Evə gələn polislər qızın meyitini tapıblar. Araşdırmalar zamanı tələbənin şizofreniya xəstəliyindən əziyyət çəkən qardaşı Soner.B tərəfindən öldürüldüyü müəyyən olunub.
Soner.B polislər tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı martın 7-də Soner.B-nın sosial şəbəkədəki şəxsi səhifəsində “Qadınlara şiddətə son” mesajını paylaşdığı müəyyən olunub.