Türkiyədə 17 yaşlı qız keçmiş sevgilisi tərəfindən öldürülüb.
APress.az Sonxeber.az-a istinadə xəbər verir ki, fərqli siniflərdə təhsil alan Ərən Yıldız günorta saatlarında Gizəm Canbulutla görüşüb.
Keçmiş sevgililər arasında mübahisə başlayıb. Mübahisə zamanı Ərən Yıldız Gizəm Canbulutu boğazından bıçaqlayıb.
Qız həmin andaca dünyasını dəyişib. Ərən Yıldız isə hadisə yerindən qaçsa da sonradan polislər tərəfindən saxlanılıb.