2 azyaşlı övladını və özünü binadan atan qadının məhkəməsi başlayırbackend
Cəmiyyət
297

2 azyaşlı övladını və özünü binadan atan qadının məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda iki azyaşlı övladının öldürməyə cəhddə təqsirləndirilən Nigar Cəfərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Azad Məcidovun icraatındadır.
Qeyd edək ki, hadisə ötən il dekabrın 20-də gecə saat 23 radələrində paytaxtın Yasamal rayonunda baş verib. Kənar Dairəvi küçəsi ev 28-də yaşayan 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın yaşadığı binanın 4-cü mərtəbəsindən özünü yerə atması barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, Nigar Cəfərova həmin gün gecə saat 23 radələrində azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.
Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıb.
Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb