200 minlik “zerkalnı nömrə” tələsi – Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı…backend
Cəmiyyət
606

200 minlik “zerkalnı nömrə” tələsi – Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Bakı qeydiyyatında olan maşınlara yeni nömrə kodunun verilməsi ilə bağlı məlumatlar yayıldı. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyevin sözlərinə görə, artıq Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsinə başlanılıb.
Dövlət rüsumunun olmasına rəğmən, heç kəsə sirr deyil ki,  “zerkalnı” dövlət nömrə nişanlarına külli miqdarda pullar, hətta bəzən fantastik məbləğlər xərclənir. İndi isə, hələ 10, 90 və 99-la başlayan nömrələr bitməmiş, yeni qazanc imkanı peyda oldu – 77 seriyası…
 
Gələk məsələnin ən maraqlı hissəsinə…
Bəllidir ki, eynirəqəmli, cüt, güzgü effektli kimi bahalı nömrələri almaq hər adama qismət olmur. Bunun üçün ya Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat şöbəsində yaxşı tanış tapmalısan, ya da pullu olmalısan ki, tələb olunan məbləği ödəməkdə xəsislik eləməyəsən. Avtomobil sahibləri arasında “prestijli” nömrələr sayılan həmin qeydiyyat nişanlarına malik olanların əksəriyyəti vəzifəli şəxslərin övladları, məmurlar, digər pullu-paralı şəxslərdir.
Görünür, uzun illərdir kreslosundan əl çəkməyən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov yeni “zerkalnı nömrə” ilə daha zəngin təqaüdçü həyatına hazırlaşmaq niyyətindədir. Nəzərə alsaq ki, paytaxt yollarında cüt, eynirəqəmli, güzgü effektli kimi qeyri-adi nömrə nişanları olan kifayət qədər bahalı xarici avtomobillər şütüyür, yeni “77” seriyasına talib olanların növbədə durduğunu təxmin etmək də çətin olmaz. Hətta məlumata görə, artıq “77 ZZ 777” nömrəsi 200 min manata satışa çıxarılıb. Odur ki, Zeynalov təzə biznesi ilə sərvətinə sərvət qatacaq.
Digər qiymətlər:
Qeyd edək ki, avtomobillərin dövlət qeydiyyat nişanı (nömrəsi) ölkə ərazisində və ya xaricdə yol hərəkətində olarkən hər bir nəqliyyat vasitəsini fərqləndirən xüsusi lövhədir. Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün dövlət rüsumu müəyyənləşdirilib və buna Baş Dövlət Yol Polisi İdarəsi nəzarət edir. Hətta məlumata görə,  “zerkalnı” nömrə satışı ilə bağlı elanların çoxunu elan saytlarına Baş Dövlət Yol Polisi İdarəsi ilə əməkdaşlıq edən maklerlər yerləşdirir.
Sfera.az bildirir ki, qanunda nəzərdə tutulmuş qaydada – adi nömrələr 22 manat, seriya və rəqəmlərindən asılı olaraq “zerkalni” nömrələr isə 500-2500 manata satılır.
Daha detallı desək, qiymət nömrə nişanındakı rəqəmlərin və hərflərin düzülüşündən asılı olaraq dəyişir.
Müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat – bu rəqəmlərlə olan nömrədə hərflər eyni olarsa, qiymət 2500 manat;
Müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat – hərflər eyni olduğu halda 1500 manat.
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində seriya hərfləri müxtəlif olduğu halda dövlət rüsumu 500, eyni olarsa, 1000 manat təşkil edir.