Meksika təmsilçisi Andrea Meza 2021-ci ilin “Dünya gözəli” müsabiqəsinin qalibi olub.
APress.az xəbər verir ki, bu barədə yarışın instaqramdakı rəsmi səhifəsində elan edilib.
Gözəllik tacını 2019-cu ilin yarışmasının qalibi, CAR-dan olan model Zozibini Tunsi ona təqdim edib. Bundan başqa, müsabiqə liderlərinin ilk beşliyinə Braziliyadan, Hindistandan, Dominikan Respublikasından və Perudan qızlar daxil olub.