25 yaşlı qadın mübahisə etdiyi ərini bıçaqlayıb öldürdübackend
Dünya
296

25 yaşlı qadın mübahisə etdiyi ərini bıçaqlayıb öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Muğla vilayətində 25 yaşlı Melisa K- adlı qadın, 28 yaşlı əri Burkan K.-nı bıçaqla qətlə yetirib.

APress.az xəbər verir ki, hadisə axşam saatlarında  Altıntaş məhəlləsindəki ayrı bir evdə baş verib.

Bir müəssisədə işçi kimi çalışan Melisa K. növbə bitdikdən sonra evinə gedib. İddialara görə, Melisa K. ilə avtomobil təmirçisi işləyən həyat yoldaşı Burhan K. arasında naməlum səbəbdən mübahisə yaşanıb.

Mübahisə davaya çevrildiyi üçün gənc qadın mətbəxdən götürdüyü çörək bıçağını ərinin sinəsinə sancıb. Melisa K.-nın 112 Təcili Çağrı Mərkəzinə etdiyi bildirişini ardından hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Ortaca Dövlət Xəstəxanasına aparılan Burhan K., həkimlərin bütün səylərinə baxmayaraq orada dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinən  Melisa K.- saxlanılıb.

olke.az