30-40 yaş arasında olanlarda ikinci dozadan sonra… – Bu vaksinlərin yeni fəsadları üzə çıxdıbackend
Cəmiyyət
319

30-40 yaş arasında olanlarda ikinci dozadan sonra… – Bu vaksinlərin yeni fəsadları üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə Pfizer və BioNTech şirkəti tərəfindən istehsal edilən vaksinlərin yeni fəsadları ortaya çıxıb.

APress.az bildirir ki, həmin vaksinlərdən istifadə edən insanlarda ürək əzələ qatının iltihabı (miokardit) müşahidə edilib.  İsrail Səhiyyə nazirliyinin məlumatına görə, bu hala daha çox 30 yaşlarında olan şəxslərdə xüsusilə ikinci dozadan sonra rast gəlinib.
İsrailin koronavirusla mübarizə üzrə koordinatoru Naçman Aşın sözlərinə görə, yaranan vəziyyətin birbaşa peyvəndlə əlaqəsinin olub olmaması dəqiq deyil. “Hazırda Səhiyyə nazirliyi bu istiqamətdə araşdırma aparır”, – deyə o qeyd edib.
Naçman həmçinin miokarditin müxtəlif viruslardan qaynaqlana biləcəyini və əvvəlki illərdə buna bənzər bir çox hadisənin olduğunu vurğulayıb.
Pfizer və BioNTech şirkəti isə yaranan xəstəliyin peyvəndlə əlaqəsini sübut edən dəqiq faktın olmadığını bildirib.
Sfera.az