“35 min erməniyə görə heç bir statusdan söhbət gedə bilməz” – Ermənilər SEÇİM QARŞISINDAbackend
Dünya
327

“35 min erməniyə görə heç bir statusdan söhbət gedə bilməz” – Ermənilər SEÇİM QARŞISINDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla qarşılıqlı əlaqə olmadan 35 min vətəndaşın sosial problemlərinin həllini necə təsəvvür edirsiniz? Bu cür problemlər səbəbindən Mardakert (Ağdərə) və Şaumyan (Goranboy) rayonlarında  on minlərlə ermənini “ölkəmizdə” yaşamaq imkanlarından məhrum etdik”.

APress.az xəbər verir ki, bu sərsəm açıqlama ilə özünü “Artsax” adlı qondarma rejimin rəhbəri sayan Arayik Arutunyan çıxış edib.

Qeyd etmək lazımdır ki, Qarabağın erməni əhalisinin sayı zaman-zaman bir neçə dəfə şişirdilib. Müharibədən öncə faktiki olaraq erməni əhalisi 70 min nəfər göstərilirdi. Amma Ermənistanın rəsmi statistikasında bu rəqəm 150 min nəfərə qədər şişirdilirdi. Bu isə o deməkdir ki, hazırda göstərilən rəqəm (35 min) də şişirdilib və say bundan qat-qat azdır.

Təbii ki, 35 min erməniyə görə heç bir statusdan və Azərbaycan ərazilərinin ilhaqına göz yumulmasından söhbət gedə bilməz. Seçim ya ermənilərin inteqrasiyası ya da ərazilərimizi tərk etməsidir.

KONKRET.az