“4-5 dəfə əməliyyat olundum, məni torpağa basdırdılar…”backend
Şou
353

“4-5 dəfə əməliyyat olundum, məni torpağa basdırdılar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə çox məşhur plastik cərrahın yanına getdim. Bu, “Kristal Hall” konsertindən əvvəl baş verib. Bədənimi şəkilləndirmək istəyirdim, çətin bir əməliyyata qərar verdim. Elə oldu ki, gün təyin olundu. Uzun çəkən əməliyyatdan 1 həftə sonra evə buraxıldım. Hər şey bundan sonra başladı”.

Apress.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Həmin Zaur” proqramında qonaq olarkən deyib. Pop ulduz keçirdiyi ağır əməliyyatdan sonra problemlər yaşadığını, ard-arda 4-5 dəfə estetik etdirməyə məcbur olduğunu bildirib:

“Özümü pis hiss etdim, anidən qanaxma oldu. Yəqin ki, uğursuz olmuşdu. Məni tez xəstəxanaya apardılar. Ayaqüstə gəzə bilmirdim, həkimim təcili əməliyyat etdi. Yenə problem oldu, 4-5 dəfə ard-arda əməliyyat olundum. İnanın, düşünürdüm ki, daha qızımı görə bilməyəcəm. Özüm özümlə vidalaşmışdım. Heç kimə bu haqda heç nə demirdim. Orada da hamı məndən əlini üzmüşdü. 25 gün xəstəxanada qaldım.

Möcüzə ilə normallaşdım, Bakıya gəldim. Bir ilə yaxın əziyyət çəkdim, səhnəyə çıxa bilmirdim. Həmin dövrdə həmkarlarım məni torpağa basdırdılar… İki ilə özümə gəldim, həmin problemlər dəyişmədi. Bununla belə “Kristal Hall”dakı konsertimi idarə etdim. Çox çətin idi! Bakıda problemi aradan qaldırmaq üçün yerli həkimə müraciət etdim”.