Ötən gecə Bakıda 4 nəfərin ölümünə səbəb olan ağır yol qəzasının baş verməsi barədə məlumat vermişdik.
APress.az xəbər verir ki, hadisə vaxtı Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi və Elşad Kərbalayevə məxsus olan 90 CO 002 dövlət qeydiyyat nişanı hadisəni törədən “Range Rover” ilə yanaşı bir neçə başqa lüks avtomobillərə də taxılıb və müxtəlif ərazilərdə görüntülənib. Bunu əsk etdirən fotolar internet resurslarında yerləşdirilib.
Qeyd edək ki, 4 nəfərin ölümünə səbəb olan avtomobilin sahibi E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.
Hadisə zamanı “Range Rover”i sürən Ələsgər Əliyev və sərnişini Elşad Kərbalayev yüngül xəsarət alıb. Onlar xəstəxanada müayinə edildikdən sonra saxlanılaraq Binəqədi rayon Polis İdarəsinə gətirilib.
Publika.az