Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq Minatəmizləmə Standardlarına və bu sahəyə aid dünya təcrübəsinə əsaslanaraq 40 yaşa qədər olan xanımları “Qadın minaaxtaran” vəzifəsinə işə qəbulunu elan edib.
Bu barədə Sfera.az-a ANAMA-dan məlumat verilib.
İlkin mərhələdə lazım olacaq sənədlər:
1. Agentliyin blankı doldurulmalı. (blank forması endir)
2. Sağlamlıq haqqında arayış
3. Tərcümeyi hal (əl yazması)
4. Şəxsiyyət vəsiqəsinin surəti (A4 vərəqdə alt-üst hər iki üzü)
5. Hərbi biletin surəti, əgər varsa(Yazılı olan səhifələr)
6. Diplomlar, Attestasiya və ya sertifikatlar
7. Foto – 4 ədəd 3×4 və 4 ədəd 4×6
8. DİN-dən Məhkumluq haqqında arayış
Xahiş edirik, yuxarıda qeyd olunmuş sənədləri Agentliyin blankı ilə birgə skan edilmiş variantda [email protected] ünvanına göndərəsiniz.
Əlaqə üçün telefon nömrəsi: (012) 561 95 42
2. Kişilər arasında 40 yaşına qədər minaaxtaran vəzifəsinə yığım davam edir.
İlkin mərhələdə lazım olacaq sənədlər:
1. Agentliyin blankı doldurulmalı. (blank forması endir)
2. Tərcümeyi hal (əl yazması)
3. Şəxsiyyət vəsiqəsinin surəti (A4 vərəqdə alt-üst hər iki üzü)
4. Hərbi biletin surəti (Yazılı olan səhifələr)
5. Diplomlar, Attestasiya və ya sertifikatlar
6. Foto – 4 ədəd 3×4 və 4 ədəd 4×6
7. DİN-Məhkumluq haqqında arayış
Xahiş edirik, yuxarıda qeyd olunmuş sənədləri Agentliyin blankı ilə birgə skan edilmiş variantda [email protected] ünvanına göndərəsiniz.
Əlaqə üçün telefon nömrəsi: (012) 561 95 42
3. Həkimlərin işə qəbulu ilə bağlı Elan
İşğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:
– həkim-terapevt
– təcili yardım üzrə həkim
– həkim-anestezioloq-reanimatoloq
– həkim-travmatoloq-ortoped
– həkim-ümumi cərrah
Tələb olunan sənədlər:
1.Ərizə
2.Şəxsiyyət vəsiqəsi
3.Təhsil haqqında diplom
4.İnternatura vəsiqəsi
5.Sertifikasiya şəhadətnaməsi
6.Əmək kitabçası