Rusiyanın paytaxtı Moskva ətrafında yerləşən Kolomensk şəhərinin meri Denis Lebedev mənzildə ölü tapılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölümün ilkin səbəbi kimi intihar versiyası göstərilir.
Qeyd edək ki, Kolomensk şəhər administrasiyasının saytında yer alan məlumata görə, 46 yaşlı Lebedev 2016-cı ilin oktyabr ayından bəri mer vəzifəsində çalışıb.