COVID-19-u nəfəslə aşkarlayan TEST YARADILDIbackend
Dünya
276

COVID-19-u nəfəslə aşkarlayan TEST YARADILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sinqapurda koronavirus infeksiyasını nəfəslə aşkar edə bilən yeni cihaz yaradılıb.
APress.az xəbər verir ki, “TracieX” adlanan bu cihazlardan artıq yoluxucu xəstəliklər mərkəzində və “Çangi” hava limanında test rejimində istifadə edilir.
Qeyd olunur ki, klinik tədqiqatlar zamanı bu cihazların 95 faiz effektiv olduğu aşkarlanıb. Bu, PZR (polimeraz zəncir reaksiyası) testi ilə eyni səviyyədədir.
“TracieX” cihazı nəticəni iki dəqiqəyə göstərir. Bir testin qiyməti, təxminən, 20 dollardır və bu, analoqlarından ucuzdur.
Cihazın istehsalına iyunda başlanılacaq.
Sfera.az