8 nəfər dərmandan zəhərlənib, ölüm hadisəsi… – Baş toksikoloqbackend
Cəmiyyət
264

8 nəfər dərmandan zəhərlənib, ölüm hadisəsi… – Baş toksikoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son bir həftə ərzində 8 nəfər dərmandan zəhərlənib. Onlardan ikisi azyaşlıdır. Ölüm hadisəsi olmayıb”.

Bunu Publika.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. A.Maqsudovun sözlərinə görə, son bir həftədə 3 nəfər dəm qazından zəhərlənib:

“Hər üç müraciət edən şəxsdə yüngül dərəcəli zəhərlənmə qeydə alınıb. Bir nəfəri ilan sancıb. Gürzə zəhəri idi. Artıq həmin şəxs də evə yazılıb, Bakıətrafı kənddən idi. Artıq ilansacma mövsümü də açılıb. 9 nəfər antibiotik allergik reaksiya ilə təcili yardıma müraciət edib. Həkimin təyinatı ilə həssaslıq olub, evdə müalicə alıb. Onlar xəstəxanaya gəlib-gediblər. Spirtli içkilərdən zəhərlənmə demək olar ki, yoxdur. 2-3 nəfərə məsləhət olunub. Onların zəhərlənmə dərəcəsi də kəskin şəkildə deyildi”.