Pakistandakı mədrəsə kitabxanasında qəsdən idrar etməkdə günahlandırılan səkkiz yaşlı hindu uşağı “küfr” ittihamı ilə həbs olunub.
APress.az xəbər verir ki, Pəncab əyalətinin mühafizəkar Rahim Yar Khan mahalında yaşayan səkkiz yaşlı bir hindu uşağı, mədrəsə kitabxanasının dini kitablar bölməsində xalçaya qəsdən sidik sıçratdığı üçün “küfr” qanunu ilə mühakimə olunub. 8 yaşlı oğlana etdiyi əməldən dolayı 1 həftə həbs cəzası verilib.
1 həftəlik azadlıqdan məhrum etmə bitdikdən sonra isə yerli xalq ərazidə olan hindu məbədlərinə hücum etməyə başlayıb. Uşağın valideynləri işlərini buraxmağa məcbur olublar və polisin nəzarətinə götürülüblər.
Azyaşlının anası bildirib ki, övladı etdiyi hərəkətin fərqində deyil, ümumiyyətlə küfr sözünün mənasını belə bilmir. Uşağın valideynləri yerli hinduların burada qorxu içərisində yaşadığını və onlara qarşı ola biləcək hücumlardan qorxduqlarını bildiriblər.
Sfera.az