Abel Məhərrəmov oğlunun işdən çıxarılmasından DANIŞDIbackend
Gündəm
305

Abel Məhərrəmov oğlunun işdən çıxarılmasından DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Unikal.org-a açıqlama verən Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov oğlunun işdən çıxarılmasına münasibət bildirib:

“Oğlumun işdən çıxarılmasına münasibət bildirməyə səlahiyyətim yoxdur. Onu deyə bilərəm ki, beş il işləyəndən sonra ratifikasiya yəni yerdəyişmə olur. Əvəllər iki dəfə və ya artıq həmin ölkədə səfirlər qala bilirdilər. Yeni dəyişikliyə əsasən müddət başa çatan kimi səfirlərin yeri dəyişilməlidir. Harasa təyin ediləcəyindən oğlumun özünün də məlumatı yoxdur”.