ABŞ HƏRƏKƏTƏ KEÇDİ: Türk dronlarına qarşı… – KRİTİK GƏLİŞMƏbackend
Dünya
257

ABŞ HƏRƏKƏTƏ KEÇDİ: Türk dronlarına qarşı… – KRİTİK GƏLİŞMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin istehsal etdiyi Pilotsuz Uçuş Aparatlarının (PUA) ABŞ radarları tərəfindən təyin edilməsi faktı ortaya çıxıb.

APress.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın hərbi müdafiə saytı olan “Defense News”də çıxan məqalədə bildirilib.

Sayt qeyd edib ki, ABŞ Avropalı müttəfiqlərini PUA-larla mbarizə mövzusunda təşviq edir.

Məqalədə Qarabağda baş verən müharibədə Qərb güclərinin lazımi dərslər aldığı da bildirilir.

İlk dron müharibəsi adı verilən Qarabağ savaşında Türk PUA-larının müvəffəqiyyəti ilə bağlı ABŞ-ın Avropadakı müttəfiqlərinə dronlara qarşı müqavimət imkanlarının artırılmasını üçün tövsiyələr etdiyi bildirilib.

Hazırlanan hesabatda ABŞ-ın Qara dəniz sahilində olan ölkələri PUA-larla mübarizəyə diqqət vermələri üçün dəstəklənməsi lazım olduğu ifadə edilib.