ABŞ və Rusiya arasındakı gərginlik davam edir.
APress.az bildirir ki, bu dəfə ABŞ-ın Moskvadakı səfirliyi Rusiya əleyhinə yeni qərar verib.
Belə ki, səfirlik 12 maydan etibarən diplomatik səfərlər istisna olmaqla, Rusiya vətəndaşlarına viza verməyi dayandıracaq. Qurum həmçinin konsulluq xidmətlərini 75 faiz azaldacağını da bildirib.
“Rusiya hökümətinin addımları bizi buna vadar etdi”, – deyə açıqlamada qeyd edilib.
Sfera.az