ABŞ-Türkiyə münasibətlərinin pisləşməsi nəticəsində Kiyev və Ankara Qara dənizdə Rusiyaya qarşı birləşə bilmirlər.
APress.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə siyasi analitik Harun Karcic “Nəşnl İnterest”dəki məqaləsində yazıb.
Ekspert bildirib ki, Bayden administrasiyası Rusiyanın Qara dənizdə ərazi ekspansiyasına qarşı Kiyevi dəstəkləməkdə maraqlıdır, amma Ukrayna bunu Türkiyənin dəstəyi olmadan edə bilməz.
“Qara dəniz, Egey, Aralıq dənizi, Balkanlar, Qafqaz, İran, İraq və Suriya ilə həmsərhəd olan bir NATO müttəfiqinin itirilməsi o deməkdir ki, bütün bu strateji regionlar gümüş sinidə Rusiyaya veriləcək”, – ekspert bildirib.