ABŞ Uhan laboratoriyasında yeni faktlar üzə çıxardıbackend
Dünya
305

ABŞ Uhan laboratoriyasında yeni faktlar üzə çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr Palatası Kəşfiyyat Komitəsindən olan respublikaçılar koronavirusun Uhan Virusologiya İnstitutundan sızdığına dair “güclü sübut”lar tapdıqlarını bəyan edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, komitənin saytında yerləşdirilən hesabatda Çin səlahiyyətlilərinin virusun həqiqi mənbəyini müəyyənləşdirmək üçün beynəlxalq səyləri əngəllədiyi qeyd olunub. Respublikaçılar əlavə olaraq Uhan tədqiqat laboratoriyalarından məcburi təhlükəsizlik protokollarına riayət etmədən koronavirus üzərində təhlükəli araşdırma aparıldığını bildirib.

Bundan başqa, laboratoriyada bəzi tədqiqatçıların 2019-cu ilin payızında xəstəlik üçün xarakterik simptomlar inkişaf etdirdiyi iddia edilir. Respublikaçılar Çin hərbçilərinin Uhandakı instituta cəlb olunmasına da işarə ediblər.