ABŞ-ın və Britaniyanın hava yolu şirkətləri İsrailə uçuşları dayandırıb.
APress.az BBC-yə istinadla xəbər verir ki, ABŞ-ın”American Airlines”, “United Airlines”, “Delta Air Lines” və Britaniyanın “British Airways” şirkətləri Təl-Əvivə uçuşları ləğv edib.
“British Airways”in şirkəti müştərilərin təhlükəsizliyi baxımından belə qərar verdiyini açıqlayıb.
Qeyd edək ki, son günlər İsraillə Fələstin arasında baş vermiş toqquşmalarda indiyədək ümumilikdə 89 nəfər həlak olub, yüzlərlə yaralı var.