ABŞ və Rusiya bu tarixdə nüvə silahını müzakirə edəcəkbackend
Dünya
57

ABŞ və Rusiya bu tarixdə nüvə silahını müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentindən verilən məlumata görə, yüksək rütbəli ABŞ və Rusiya rəsmiləri dünyanın ən böyük nüvə silahı gücləri arasındakı gərginliyi azaltmaq üçün danışıqlara yenidən başlayıblar.

Unikal.org “Reuters”ə istinadən xəbər verir ki, qeyri – rəsmi məsləhətləşmələrdən sonra sentyabr ayında yenidən görüşmək haqqında razılğa gəlinib.

Bildirilib ki, Rusiya məsləhətləşmələrdən məmnun qalıb və ABŞ danışıqlarda konstruktiv dialoqa hazır olduğunu bildirib.

Dünyanın nüvə silahlarının 90 faizinə sahib olan ABŞ və Rusiya ölkələrinin prezidentləri Co Bayden və Vladimir Putin, “gələcək silah nəzarəti və risklərin azaldılması tədbirləri üçün zəmin hazırlamaq” yönündə strateji stabillik mövzusunda ikitərəfli dialoqa başlamağı  qərara alıblar.

Qeyd olunub ki, görüş Cenevrədə keçirilib.