ABŞ Dövlət Departamenti vətəndaşlarına Rusiya Federasiyasına getməməyi tövsiyə etdi.
APress.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd edilir ki, terrorizm təhlükəsi, Rusiya hüquq-mühafizə orqanları işçilərinin təqibləri, səfirliyin Rusiyadakı ABŞ vətəndaşlarına kömək etmək imkanlarının məhdudlaşdırılması səbəbindən bu ölkəyə səfər etmək məsləhət bilinmir.