İsrail Səhiyyə naziri Yuli Edelsteyn COVID-19-a qarşı mübarizə çərçivəsində ölkədə tətbiq olunan maska taxma öhdəliyinin aprelin 18-dən etibarən açıq ərazilər üzrə götürüləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Yuli Edelsteyn, “Maska bizi koronavirusdan qorumaq məqsədi daşıyır. Mütəxəssislər bunun açıq məkanlarda lazım olmadığını bildirdikdən sonra bu qaydanı ləğv etmək qərarına gəldik”, – deyə bildirib.
Səhiyyə naziri qapalı məkanlarda maska taxma öhdəliyinin isə hələ də qüvvədə olduğunu sözlərinə əlavə edib.
Xatırladaq ki, peyvəndləmə ilə koronavirus pandemiyasını nəzarət altına alan İsrail mayın 23-dən etibarən ölkənin qapılarını yenidən turistlərə açacağını açıqlayıb.
Sfera.az