Bir müddət əvvəl “Duman” qrupunun solisti Kaan Tangöz produser Acun Ilıcalının “Acun Media” komandasına dava açıb.
APress.az axşam.az-a istinadən xəbər verir ki, “O ses Türkiye” və “O ses Türkiye çocuklar” yarışmalarında ifaçıya mxsus 10 kompazisiya icazəsiz istifadə edilib. Buna görə də Kaan “Acun Media”nı məhkəməyə verərək ondan təzminat tələb edib.
Bu təzminat əvvəl 10 min lirə (2092 manat) olub. Daha sonra artaraq 165 min lirəyə (34 min 518 manata) yüksəlib.