“Adını daşıyan oğlumdan təsəli alıram” – Ölümündən 1 il ötdübackend
Şou
301

“Adını daşıyan oğlumdan təsəli alıram” – Ölümündən 1 il ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xalq artisti Rafael Dadaşovun ölümündən bir il ötür.

APress.az axşam.az-a istinadən bildirir ki, mərhum aktyorun müğənni qızı Səidə Dadaşova onunla bağlı paylaşım edib. İfaçı atası ilə bağlı xatirələrini bölüşüb:

“Mənim üçün əvəzolunmaz həm ata, həm də dost… Bir il keçir ki, səni itirdim. Dünyam yıxıldı. Adını daşıyan oğlumdan təsəli alıram. Xalqın sevimlisi, böyükdən kiçiyə hər kəsin kumiri, atam… Mənə sənsiz o qədər çətindir ki, hər şey üstümə gəlir. Amma mən güclüyəm, bu gücü səndən almışam. Həmişə deyərdin güclü ol, qızım, atan kimi güclü ol. Bax bu gün sənin kimi güclüyəm. Allah sənə rəhmət eləsin, xalqın Rafaeli.

Hərdən təsəvvür edirəm ki, yaşayır, sadəcə, uzaqdadır. Ona mesaj göndərib, necə sevdiyimi demək istəyirəm. Və oturub cavab gözləyim…”.