AFFA 120 min manat ödəniş etdi: Proseslər sürətləndiriləcəkbackend
İdman
277

AFFA 120 min manat ödəniş etdi: Proseslər sürətləndiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA klublara ödəniş edib.

APress.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun olaraq müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunması prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədi ilə pul ayrılıb.

AFFA tərəfindən hər bir Premyer Liqa klubuna dəstək olaraq növbəti dəfə 15 min AZN maliyyə vəsaiti ödənilib. Premyer Liqada səkkiz klubun çıxış etdiyini nəzərə alsaq, AFFA tərəfindən ödənilən ümumi məbləğ 120 min manatdır.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən klublara COVID-19 pandemiyası ilə bağlı ümumilikdə 328 min AZN maliyyə vəsaiti dəstək olaraq köçürülüb.