“Ağ Ev PKK məsələsində Ankaranın yanında olmalıdır, ancaq bu şərtlə…” – AÇIQLAMAbackend
Dünya
289

“Ağ Ev PKK məsələsində Ankaranın yanında olmalıdır, ancaq bu şərtlə…” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Rusiyadan S-400 raketlərini alması bildiyimiz kimi, Ankara Vaşinqton münasibətlərinə müəyyən dərəcədə zərər vurub. Ancaq bu ziyanı aradan qaldırmaq üçün ABŞ tərəfi də hər hansı bir addım atmır.

Türkiyəni S-400-dən imtinaya meylləndirmək üçün ABŞ hansı addımlar ata bilər?

 

 

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, buna nail olmaq üçün ilk növbədə Vaşinqton Ankaranın müstəqil siyasət yürütməsini qəbul etməlidir:

 

 

“AKP hakimiyyəti bilirsiniz ki, ABŞ-dan asılı olmayan müstəqil siyasət həyata keçirir. Bu da Vaşinqtonda qıcıq oyadıb. Bundan əlavə, Ağ Evin özü də Ankaraya qarşı ədalətsiz siyasət yürüdür. Dünyanın super gücü PKK-ya dəstək verir, habelə Türkiyə daxilində Ərdoğan hakimiyyətini zəiflətmək üçün müəyyən proseslərə rəvac verib. Hazırda şərtlər dəyişib, beynəlxalq münasibətlərdə yeni nizam formalaşıb. İndiki vəziyyətdə Vaşinqton tərəfindən atılan bəzi addımlar Türkiyə ilə müttəfiqlik əlaqələrinə zərər vurur”.

Bundan başqa həmsöhbətimizə görə, PKK məsələsində də Ağ Ev Ankaranın yanında olmalıdır:

 

 

“Türkiyəni F-35 proqramına qaytarmalı, PKK və onun qollarına dəstəyi dayandırmalı, Ankaranın Aralıq dənizindəki fəaliyyətini dəstəkləməli, onun suverenliyinə hörmətlə yanaşmalıdır. Ümumiyyətlə, ABŞ regional və beynəlxalq münasibətlər çərçivəsində Türkiyə ilə qarşılıqlı müttəfiqlik əlaqələrinə önəm verməklə Ankaranın da maraqlarına hörmətlə yanaşmalıdır.

 

 

Ankaranın bu şərtləri ABŞ tərəfindən qəbul edilsə, Türkiyə sözsüz ki, Rusiyadan S-400 raketlərini almaqdan vaz keçə bilər”.