Ağdaşda DƏHŞƏTLİ QƏZA – Ölənlər və xəsarət alanlar varbackend
Cəmiyyət
249

Ağdaşda DƏHŞƏTLİ QƏZA – Ölənlər və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub.
APress.az xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili sürücü, Bakı sakini, 1959-cu il təvəllüdlü Salmanov Ramiz İbrahim oğlunun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan 2 nəfər həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə təcili tibbi yardım və yol polisi cəlb edilib. Qəzada ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sfera.az