AĞIR İTKİ -Daha bir məşhur aktyor QƏFİL dünyasını dəyişdi – FOTObackend
Dünya
274

AĞIR İTKİ -Daha bir məşhur aktyor QƏFİL dünyasını dəyişdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud aktyoru, iki dəfə “Qızıl qlobus” mükafatı laureatı olmuş Corc Siqal dünyasını dəyişib.

APress.az Oxu24.com-a istinadən  xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Soni Siqala istinadən “Deadline” internet portalı bildirib.

Məlumata görə, o, 87 yaşında vəfat edib.

“Ailə dərin hüznlə bildirir ki, bu səhər Corc Siqal koronar şuntlama əməliyyatından sonra səhhətindəki ağırlaşmalardan ölüb”, – “Deadline” Soni Siqaldan sitat gətirib.

Corc Siqal “Oskar” və BAFTA mükafatlarına namizəd olub.

Ötən əsrin 80-ci illərində az rola çəkilən aktyor 1989-cu ildə yenidən böyük ekrana qayıdıb.

O, 1989-cu ildə “Gör kim danışır”, 1990-cı illərdə “Dəb jurnalı” teleserialdakı rolu ilə yenidən məşhurlaşıb. Aktyor habelə digər filmlərdə də ona tapşırılan rolları uğurla oynayıb.