Aİ COVID-19 peyvəndlərinin ixracı qadağasının müddətini uzadıbbackend
Dünya
280

Aİ COVID-19 peyvəndlərinin ixracı qadağasının müddətini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) üzv ölkələrdən xüsusi icazə olmadan İttifaq ərazisindən yeni növ koronavirusa qarşı peyvəndin ixracını qadağan edən mexanizmin müddətini iyun ayının sonuna qədər uzadıb.

Apress.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasından (AK) bildiriblər.

“Bu gün Komissiya COVID-19-a qarşı aşıların ixracının şəffaflığı və icazəsi mexanizmini iyun ayının sonuna qədər uzadıb. Bu qərar Aİ-də bəzi peyvənd tədarükündə davamlı gecikmələrin olmasından sonra qəbul edilib”, – AK-nın bəyanatında vurğulanıb.