Akardan SƏRT XƏBƏRDARLIQ: Harada olsalar biz də oradayıq…backend
Dünya
272

Akardan SƏRT XƏBƏRDARLIQ: Harada olsalar biz də oradayıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Terror yuvalarına, sığınacaq yerlərinə və yuvalarına girildi. Terrora son qoyacaq”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir çıxışında terrorla mübarizə əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və ölkədən kənarda böyük uğurlar əldə etdiyini dilə gətirib və şəxsi heyəti uğurlarına görə təbrik edib.

“İraqın şimalında terrora son qoyacağıq. Terror yuvalarına, terrorçuların sığınacaqlarına girildi. Bu yerlər başlarına yıxıldı və yıxılmağa davam edir. Sinat-Haftanin, Metina, Zap, Avaşin-Basyan, Hakurk, daha sonra Qara, Qəndil və Asos da daxil olmaqla, terrorçular harada olsalar biz də oradayıq. Hara qaçsalar da terrora son qoyacağıq”, – H.Akar sərt xəbərdarlıq edib.