Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəfat edib.
APress.az-ın məlumatına görə, Akif Oruc oğlu Mustafayev 67 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 2019-cu ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
O, 1995-ci ildən YAP “Meliorator” ilk ərazi təşkilatının sədri idi.
Ölkə.az