Aktrisaya qarşı seksual hərəkətlər edən sürücü bölməyə çağırıldı
Xəbər verdiyimiz kimi, gənc aktrisa Lalə Süleymanova Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalıb.
Sfera.az xəbər verir ki, aktrisanın şikayəti əsasında Xəyyam adlı taksi sürücüsü 17-ci Polis Bölməsinə çağırılıb.
“Polis əməkdaşları Xəyyam adlı sürücünü tapıb bölməyə gətirdilər. O, məndən üzr istədi. İzahatımı, şikayətimi diqqətə alıb, həmin şəxslə bağlı istintaq başladıldı.
O sürücünün qanun çərçivəsində cəzasını alacağına artıq əminəm”, – aktrisa instaqram hesabında yazıb.