Türkiyədə “Sokağın Çocukları” adlı serialda rol alan Can T. adlı aktyor, sevgilisi Başak Ermişi dar geyiminə görə döyüb.
APress.az-ın məlumatına görə, bu barədə zərərçəkənin özü sosial mediada paylaşımı ilə xəbər verib.
Onun sözlərinə görə, hadisə birlikdə yaşadıqları evdə baş verib.
B.Ermiş aktyorla yaşamağa qərar verərkən ətrafındakı dostlardan xəbərdarlıq aldığını da vurğulayıb.
“And içirəm ki, hamı məni xəbərdar etmişdi. “Bir neçə günə kriminal xəbərlərdə adını görəcəyik” demişdilər, amma inanmadım”, – qadın bildirib. //Oxu.az