Onlayn Dünya Peyvənd Konqresində alimlər “Moderna” vaksininin koronavirusa qarşı ən yaxşı peyvənd olduğunu elan edib.
Publika.az xəbər verir ki, ABŞ-da və bir sıra digər ölkələrdə istifadə edilən lisenziyalı “Moderna” peyvənd reytinqində birinci olub.
“Moderna” peyvəndi eyni zamanda konqres təşkilatçıları tərəfindən “Ən Yaxşı Yeni Peyvənd Texnologiyası/Platforması” seçilib. Bu kateqoriyada da o, “BioNtech”, “Inovio”, “Janssen”, “Medicago”, “Novavax”, “Vaccitech” və “GeneOne Life Science” peyvəndlərini qabaqlayıb. Lakin qalibin hansı parametrlər əsasında seçildiyi göstərilməyib.