Almaniyada koronavirus əleyhinə peyvəndlənmə prosesi sürətlə davam edir.
APress.az xəbər verir ki,ötən sutka ərzində ölkə ərazisində rekord sayda – 1 353 453 nəfər peyvənd olunub.
Ölkənin Səhiyyə naziri Cens Span bidirib ki, ölkədə artıq 38 646 171 nəfər birinci dozanı qəbul edib. Tam peyvəndlənmiş insanların sayı isə 8 882 370 nəfərdir ki, bu da Almaniya əhalisinin 10,6 faizini təşkil edir.
Qeyd edək ki, Almaniyada son sutkada 190 nəfər Covid-19 virusu səbəbindən həyatını itirib.