ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Mətanət Əsədova olub.
APress.az xəbər verir ki, sənətçi ana olmaq istəyini dilə gətirib:
“Bir dəfə Allahın verdiyinə qarşı çıxmışam. Bircə günahım odur. Allahdan yeganə istəyim övladdır. Ana olmaq istəyirəm.
Ana olmaq üçün sağlamam, heç bir problemim yoxdur. Sadəcə atasız övlad böyütmək istəmirəm. Özüm bu yaşımda ata-anam üçün ağlayıram. Mən övladıma nə cavab verərəm? Bu qədər vacibdirmi?”