Analarının münasibətdə olduğu şəxsi evə çağırdılar və… – Azərbaycanda FİLM KİMİ OLAYbackend
Cəmiyyət
295

Analarının münasibətdə olduğu şəxsi evə çağırdılar və… – Azərbaycanda FİLM KİMİ OLAY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Göyçay şəhərində bazarda icarə haqlarını yığan Ə.Ş-nın tanışları tərəfindən amansızlıqla döyülməsi hadisəsinin təfərrüatları məlum olub.

Publika.az-ınəldə etdiyi məlumata görə, istintaq zamanı hadisənin Göyçay şəhər sakini olan 1992-ci il təvəllüdlü Ə.V və F.V tərəfindən törədilməsi müəyyənləşib. Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsinin 3 bəndi ilə (Qanunsuz azadlıqdan məhrum etmə) cinayət işi açılıb.

Hadisənin təfərrüatına gəlincə…

Bildirilir ki, ƏV. və F.V-nın atası Göyçayda zərgərlik fəaliyyəti ilə məşğul olub və 2018-ci ildə vəfat edib. İki qardaş eyni zamanda anaları ilə birlikdə qızıl mağazasını işlədiblər. Atalarının ölümündən sonra onlar anaları K.V-dan atalarından qalan və həyətdəki seyfdə saxlanılan qızılları soruşublar. Qadın isə onda qızıl olmadığını, həyat yoldaşı F.V-nin ona qızıl vermədiyini bildirib. Bundan sonra 2 qardaş qızılların harada olması barədə düşünməyə başlayıblar.

Onlar öz aralarında anaları K-nın Göyçay bazarında icarə haqlarını yığan Ə.Ş ilə isti münasibətlərinin olmasını, hətta anaları ilə həmin şəxsin arasında intim münasibətin olduğunu danışıblar. Bu səbəbdən 2 qardaş qızılların anaları tərəfindən həmin şəxsə verildiyini güman ediblər.

Bu müddət ərzində evdə düşən söz-söhbət nəticəsində K.V qızını götürərək evdən çıxıb və baldızının evində yaşamağa başlayıb. Qızılların harada olmasını öyrənmək istəyən, eləcə də anaları ilə intim münasibətdə olan şəxslə haqq-hesab çəkmək istəyən qardaşlar isə plan qurublar. Onlar Ə.Ş-nı pivə içmək adı ilə Göyçay şəhəri Ziya Bünyadov küçəsindəki evlərinə dəvət ediblər.

Ə.Ş evə daxil olan kimi qardaşlardan kiçik olanı, ali təhsilli olan 1998-ci il təvəllüdlü F.V ona zərbələr endirməyə başlayıb. Zərbələrin gücündən zərərçəkmiş şəxsin çənə sümükləri sınıb, alt çənə sümüyündəki 7 dişi düşüb, həmçinin bədəninin müxtəlif yerlərindən ağır zədələr alıb. Qardaşlar həmin şəxsdən qızılların harada olmasını, anaları ilə hansı münasibətdə olmasını dəfələrlə soruşublar. Lakin Ə.Ş ona qızıl verilmədiyini, anaları ilə də bacı-qardaş münasibətində olduğunu deyərək iddiaları inkar edib.

Bundan sonra qardaşlardan biri “Nissan Sunny” markalı avtomobillə bibisinin evinə gedərək anası K.V-nı hadisə yerinə gətirib. Burada mübahisə davam edib. Daha sonra onlar sifəti qan içində olan Ə.Ş-nı evdən çıxarmağın lazım olduğunu öz aralarında razılaşdırıblar. Ailə üzvləri evə dəvət edərək vəhşicəsinə döydükləri şəxsin üzünü yuduqdan sonra onu və Ə.Ş-nın özü ilə gətirdiyi velosipedini maşına qoyaraq Göyçay şəhəri Əli Kərim küçəsindəki evinin qarşısına gətirib qoyublar.

Evə gələn Ə.Ş xəstəxanaya yerləşdirilib.

O, başına gələnlərlə bağlı polisə şikayət edib, həmçinin ona dəymiş maddi və mənəvi ziyana görə qarşı tərəfdən 200 min manat tələb edib.