Anasının verdiyi işgəncələrə tab gətirməyən 11 yaşlı oğlan evdən qaçdıbackend
Dünya
424

Anasının verdiyi işgəncələrə tab gətirməyən 11 yaşlı oğlan evdən qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskvanın Naqatino rayonunda azyaşlı oğlan evdən qaçıb.
Sfera.az Lenta.ru-ya istinadən bildirir ki, evdən qaçan 11 yaşlı Slava anasını ona işgəncə verməkdə günahlandırır.
Uşaq deyir ki, anası bacısı ilə birgə onu aşağılayır: “döyür, ağzımı yapışan lentlə bağlayır, yemək vermir və bütün gecəni  küncdə saxlayırlar”.
Slava bütün bunlara dözməyib Odintsovoda yaşayan böyük qardaşının yanına qaçıb. Polis də onu elə orada tapıb. Hazırda oğlan uşaq xəstəxanasındadır və vəziyyət aydınlaşanadək orada qalacaq.
Məlumata görə, çoxşaqlı ailədə ümumilikdə beş uşaq tərbiyə olunur. Slavanın anası, müəllimə Tatyana Lyubavtseva ittihamları inkar edir. Onun fikrincə, uşağı işsiz dolanan, qanunla problemləri olan böyük qardaşı Roman yoldan çıxarıb. Bu yaxınlarda Tatyana Romana pul verməyi dayandırıb. Ana düşünür ki, oğlu bu şəkildə  ondan  intiqam alır.
Hələlik nə Slavanın, nə də Tatyananın dediklərini təsdiqləmək mümkün olmayıb.
Daha əvvəl Moskva ətrafında da  buna bənzər olay baş vermişdi. O zaman çoxuşaqlı ana altı övladını küçəyə atmışdı. Bir müddət zirzəmidə yaşayan uşaqları qonşular yedirtmişdi.